Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rasionumuzdakı hansı ərzaqlar neftdən düzəldilir? - SİYAHI

  • 2019.04.13 09:41
  • 19006 Baxış
Rasionumuzdakı hansı ərzaqlar neftdən düzəldilir? -  SİYAHI
Qida Təhlükəsizliyi Agentiyinin meyüsünə…

 

Yeyinti sənayesi yerində «saymır» və artıq qorxmağa başlayırıq ki, tezliklə istehsalçılar bizləri nefdən düzəldilmiş katletlərlə yemləyəcəklər. Yeri gəlmişkən, bu qorxu heç də əsassız deyil. Belə ki, artıq neftdən həm yeyinti sənayesində istifadə olunan, həm də ev kulinariyasında işlədilən mühüm ərzaqlar istehsal olunur.


Neftdən düzəldilmiş proteinlər


İnsanların qidalanmasında tam dəyərli zülalların çatışmazlığı problemi artıq çoxdan öz kəskinliyi ilə qarşıda dayanır. Hələ 19-cu əsrin sonunda insanlar anlamağa başlayıblar ki, tezliklə qida məhsulları çatışmazlığı ortaya çıxacaq, nədən ki, planet əhalisi çox sürətlə artır. İstehsal problemini 20-ci əsrdə həll etməyə cəhdlər göstərilib. Tədqiqatlar indi də dayanmayıb…


1960-cı illərin əvvəllərində akademik Aleksandr Nesmeyanov – SSRİ Elmlər Akademiyasının prezidenti və Moskva Dövlət Universitetinin (MDU) rektoru neft-kimya istehsalının tullantılarından sintetik zülalların əldə olunması üsulunu təklif edib. Onun texnologiyasının köməyi ilə ət və süd məhsulları əldə etmək olur. Sovet kimyaçıları işləri iki istiqamətdə aparıblar. Bir tərəfdən, neft məhsullarından aminturşular – zülalların əsası sintez edilib. Digər tərəfdən isə karbohidrogen neftində mayalar becərilib və sonradan da onlardan yeynti zülalı əldə olunub.


Nesmeyanov texnologiyasının köməyi ilə təbii ət və süd məhsullarından 4-5 dəfə ucuz süd və ət məhsulları əldə etmək olar.


Doğrudur, sintetik zülaldan təbii ətin strukturunu bərpa etmək mümkün olmayıb, ancaq alimlər ondan kolbasa və ət yarımfabrikatları istehsal ediblər. Bu eksperimentlər Nesmeyanovun ölümündən sonra demək olar ki, tam dayandırılıb.


Bunun əsas səbəblərindən biri də sovet vətəndaşlarının sintetik qidalara inamının olmamasıdır. Onu da etiraf etmək lazımdır ki, süni yaradılmış ərzaqların insan sağlamlığına təsiri məsələsi hələ də əsaslı şəkildə öyrənilməyib. Amma belə bir fikir var ki, həmin ərzaqlar irsan sağlamlığına neqativ təsir göstərə bilər.


Bundan başqa, süni zülalların kütləvi istehsalı kənd təsərrüfatını çökdürə bilər, çoxlu sayda sovet vətəndaşını işsiz qoyardı. Ona görə də neftdən zülalların kütləvi istehsalı baş tutmayıb, amma belə ərzaqlar heyvanların yemlənməsinə yönəldilib (başqa sözlə, mətbəxlərə dolayısı ilə yol tapıb).


Günümüzdə heyvani proteinləri kütləvi halda bitki zülalları, dənli bitkilərin, soyanın, paxlalıların və s. emalı proseslərinin tullantıları ilə əvəz etməyə başlayıblar. Odur ki, bizlər indi neft məhsulları ilə təkcə benzindoldurma məntəqələrində və gözəllik salonlarında (bütün kremlərdə və şampunlarda praktiki olaraq, neft məhsulları iştirak edir) yox, həm də stol arxasında və gün ərzində bir neçə dəfə qarşılaşırıq…


Kürü


Süni dənəli kürü də akademik Nesmeyanovun qrupunun eksperimentlərinin nəticəsi olaraq meydana gəlib. Əvvəlcə onu yumurta və süd zülalından (daha dəqiqi – süd istehsalı prosesinin tullantılarından və jelatin əlavə olunmaqla) istehsal ediblər. Belə kürü kütləvi istehsala yol tapıb. Proses hələ də davam edir, amma artıq süd tullantılarından yox, bitki məhsullarından – yosunlardan, balıq tullantılarından, aqardan və ya jelatindən istifadə olunur.


Çeynənilən saqqızlar


Çeynənilən saqqızın yaradılmasında neft polimerləri istifadə olunur, amma saqqızın özü təbii komponentlərdən düzəldilir. Ancaq o, yumşaqlığı və çeynənilə bilmək xassəsini neft məhsullarının iştirakı sayəsində əldə edir – qliserin, lanolin, stearin turusu və s. Ona görə də çeynənilən saqqız çox yavaş parçalanır – yenə də neftin sayəsində…


Fəqət, problem ondadır ki, işbazlar saqqız istehsalında əsas komponent olan təbii kauçuku əksər hallarda daha ucuz sintetik kauçukla əvəz edirlər. Belə saqqız ağız boşluğunda baş verən fermenləşmə prosesi zamanı tez parçalanır və nəticədə, selikli qişanı dağıdan birləşmə – benzolun törəmələri əmələ gəlir…


Aspirin


Dərmanların da böyük qismi neftdn və neft etmalı prosesinin tullantılarından düzəldilir. O cümlədən, məşhur aspirin də. Bu dərmandan ev şəraitində konservləşdirmə məqsədilə isttadə olunur – onu meyvə-tərəvəz konservləşdirərkən əlavə edirlər ki, məhsul xarab olmasın və qış dövründə kiflənməsin.


Yeri gəlmişkən, neft məhsulları antibiotiklərin, antiseptiklərin də tərkibinə daxildir ki, bunlar da bu və ya digər yolla insanın qidalanmasında iştirak edir. Məsələn, isti ölkələrdə suyu butılkalara süzərkən, ona antibiotik də əlavə edirlər.



Vanilin


Natural vanil çox baha olur. Ona görə də yeyinti sənayesində tez-tez onu sünisi ilə – vanilinlə əvəz edirlər. Onu da neftdən hazırlayırlar. Süni vanilin dəfələrlə ucuz başa gəlir və təbiisi ilə müqayisədə xeyli az miqdarda istifadə olunur – süninin konsentrasiyasının yüksək olması səbəbilə. Vanilin çoxlu miqdarda qida məhsullarına əlavə olunur – şor «pendirciyi»nə, qənnadı məhsullarına və s.


Yeyinti boyaları və konservantlar


Çoxlu sayda qida əlavələri – rəng maddələri, konservantlar, stabilizatorlar, emulqatorlar, dad gücləndiriciləri və s. neftdən istehsal olunur.


Məsələn, natrium-benzoat yeyinti sənayesində konservant qismində (ət və süd məhsulları istehsalında) istifadə olunur. Məhz bu səbəbdən dolayı, zülalla zəngin olan və bu xassəsinə görə, zəhərlənmələrin qarşısını almalı olan süd özü bir çox hallarda insanı «zəhərləyir». Məsələ burasındadır ki, «yararlılıq» müddətini uzatmaq məqsədilə (hətta yarım ilə qədər!) südün (və ya ət məhsullarının) tərkibinə konservantı (natrium-benzoatı) yol verilən miqdardan artıq əlavə edirlər. O da zülalı öldürür (denaturasiya edir), əvəzində isə məhsul konservantla zəngin olur. Konservant isə yüksək konsentrasiyada konserogendir – oksidləşmə-reduksiya reaksiyasına cavabdeh olan qida fermentlərinin, piyləri və kraxmalı parçalayan fermentlərin sintez prosesini pozur.


Yeyinti boyalarının hamısı praktiki olaraq, neftdən və ya daş kömür qətranından istehsal olunur. Onların hamısı insan sağlamlığı üçün zərərlidir. Hamısından artıq zərərlisi qırmızı rəng maddələrdir.


Plastik tara


Nefti nadir hallarda yeyirik. Ancaq qidaları onunla qablaşdırırıq. Bütün plastik konteynerlər, paketlər, birdəfəlik və ya çoxdəfəlik boşqablar və s. hamısı neftdən və ya neft tullantılarından düzəldilir.


Ərzaqlar üçün yeyinti plastiki mövcuddur – onları qızdırmaq və soyutmaq olur. Amma onların da təhlükəsiz olduğunu söyləmək çətindir. Mütəxəssislər məsləhət görürlər ki, daxilində qida olan taraları heç olmasa, yüksək temperatura qədər qızdırmasınlar.


Hazırladı: Mirzə AĞ

AzPolitika.info