Tanınmış kinoaktyor, xalq artisti Rasim Balayevin səhhətində problem yaranıb.
Medicina.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, bu barədə ənətkarın özü məlumat verib.
Onun sözlərinə görə yaxın günlərdə sidik kisəsindən əməliyyat olunacaq. Xalq artisti qeyd edib ki, əməliyyat Bakıda həyata keçiriləcək.
Qeyd edək ki, R.Balayev uzun müddətdir ki, bir neçə xəstəlikdən əziyyət çəkir.