Xalq artisti, aktyor Rasim Balayev əməliyyat olunub.
Medicina.az xəbər verir ki, bu barədə sənətçi özü məlumat verib.
Onun sözlərinə görə, hazırda vəziyyəti normaldır:
"Çəkiliş zamanı dəli bir at məni yerə yıxdı. Ağrıya görə biri deyirdi əməliyyat lazımdır, biri deyirdi lazım deyil, fizioterapiya lazımdır və s. Mənim Bakıda getmədiyim klinika qalmamışdı. Artıq hiss edirdim ki, fizioterapiyanın da güclü təsiri yoxdur və ağrılar günü-gündən ağırlaşır. Sonda belə qərara gəldim ki, əməliyyat olunum".