Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ramiz Poluxova qara yaxan kimlərdir? - Xaricdə yaşayan tələbəsi açıqlayır

  • 2020.07.28 14:22
  • 4502 Baxış
Ramiz Poluxova qara yaxan kimlərdir?  - Xaricdə yaşayan tələbəsi açıqlayır

Bu yazını yazmaqda məqsədim tələbəlik illərindən bu yana təvazökarlığı, tələbələrə göstərdiyi xüsusi qayğısı ilə seçilən, işi ilə həmişə bütün tələbələrin kumirinə çevrilən bir insana qarşı qurulan qaralama kampaniyasına şahid olmağımdır - Ramiz Poluxov!

Onu tanıyan heç kim (ən azından səmimi olan, vicdanı olan heç kim) onun haqqında nəsə deyə bilməz.


Mən hazırda başqa ölkədə yaşayıram. Azərbaycanda, ATU-da oxuduğum müddətdə ən hörmətə layiq müəllimim və həkim kim olub sualı verilsə, birmənalı olaraq ilk sırada Ramiz doktorun adını çəkərəm.

Hətta bitirdikdən sonra da keçmiş tələbəsi kimi heç bir təmənnası olmadan dəstəyini görmüşəm. Dəfələrlə onun savada və insani keyfiyyətlərə verdiyi dəyərin şahidi olmuşam. Heç şübhə etmirəm ki, bütün tələbə yoldaşlarım bu fikrimi dəstəkləyər.

Yolum oralardan bir də çətin düşər. Qohumum deyil, doğmam deyil. Amma çox təəssüf edirəm ki, bəzi yazılarla məsələnin kökünü bilməyənlərdə yanlış fikirlər formalaşdırılır.

Ramiz müəllim həmişə, əksinə, şəxsi marağını güdənlərə, klinika üçün heç bir şey etməyənlərə qarşı olub. Ədalətli yanaşmanı onun kimi insanlardan öyrənmişəm.
Bu da kimlərisə qane etməyə bilər. Tələbə yoldaşlarımdan hazırda ATU - TCK da rezidentura keçənlər var, həkim işləyənlər var. Orda hazırda hansı həkimlər ön sıradadır, cox gözəl bilirəm. Mənə maraqlıdir, qaralma kampaniyasında xüsusi canfəşanlıq göstərən, adlı-sanlı, savadlı bir insan, KOLLEQA, həkim bu çətin dövrdə, COVİD-19-un tüğyan etdiyi ərəfədə cəmi neçə dəfə klinikaya ayaq basıb? Bəlkə səhv edirəm, inkar etsin, desin ki, gecə-gündüz işləyirəm.

Başqa bir işçinin emosianal rəyinə necə əsaslana bilər? Burada hansı peşəkarlıqdan söhbət gedə bilər? Hər şey bir yana, bu qədərmi çətindir bəlli mövzuları kolleqanla üzbəz müzakirə etmək, səhvini üzünə söyləmək? Ramiz müəllim hətta tələbələrin fikrini dinləyib, analiz edən insandı, mütləq diqqət ayırardı. Bilmirəm, bəlkə də o işçi də həqiqəti yazır, bəlkə də hər ikisi, həm Ramiz müəllim, həm tibb bacısı yorulub, amma işçi tapmır, gərginlik var, müraciət edir ki, işləyin. Xəstə sayı kritik olanda əlbəttə ki, gərginlik olacaq, risk artacaq. Amma yoluxma sayının çoxluğunun məhz dezinfeksiya ilə əlaqədar olduğunu bəyan etmək ən azı qeyri-peşəkarlıqdır.

Hətta ÜST "hər kəs yoluxacaq" deyərkən, siz həkim ola-ola belə qeyri-peşəkar yazıya necə haqq qazandıra bilirsiniz? Lap tutaq ki, haqlısınız, bunu feysbukda paylaşan bir emosional işçinin yazısını təkrar paylaşmaq... Bu artıq qarayaxma kampaniyasıdır. Hədəfi təsəvvür etmək çətin deyil.

Demək sizin paylaşımınız əvvəldən qərəzli olub, marağınıza, şəxsi ambisiyalarınıza xidmət edib.

Görünür, araşdırılacaq səhvləriniz olub ki, 1 həftə əvvəlki paylaşımınızla izi itirmək, olanı ört-basdır etmək istəmisiz.
Yaxşı mütəxəssis olmaqla yanaşı, qayğıkeş həkim də olmaq lazımdır!
Sizdən MR rəylərinin nəticəsini almaq üçün xəstələr zülm çəkir TCK da.

Xəstə yaxını kimi gördüyümü görmüşəm. Qapısında saatlarla duran insanlara qayğı göstərmək həkimə daha çox yaraşardı, ondan sonra qalan vaxtı feysbukda işləməyə davam etmək olardı.

Rəy yazanların arasında çox adam var ki, bu həqiqəti bilmir, əminəm; onlara üzümü tuturam, birtərəfli dinləyib, mövqe bildirməyin. Bəziləri isə ümumiyyətlə mövzudan uzaq insanlardı, onlar heç...

Həkim yetişdirmək müəllimin təmənnasız borcudur. Yoxsa ki, səni mən yetişdirdim, indi otur sən müayinələr et, işlə, diaqnozları yaz, altından da borcumu qaytarmaq üçün müayinə edən olaraq mənim adımı qeyd elə. Mən də feysbukda klavyatura arxasında qəhrəmanlıqla məşğul olum. Belı iş olmaz, doktor. Öncə özünüz qüsursuz olun, sonra başqalarında qüsur axtarın.

Şəhanə Rüstəm