Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ramiz Əzizbəylinin vəziyyəti ilə bağlı açıqlama

  • 2021.05.28 10:29
  • 1633 Baxış
Ramiz Əzizbəylinin vəziyyəti ilə bağlı  açıqlama

Koronavirusa (COVID-19) yoluxaraq xəstəxanaya yerləşdirilən Azərbaycanın xalq artisti, kino rejissor Ramiz Əzizbəylinin vəziyyəti açıqlanıb.

Medicina.az xəbər verir ki, Xalq artistinin ailəsindən “Report”a bildirib ki, R.Əzizbəyli xəstəxanada müalicəsi davam edir:

“Qızı ilə eyni palatadadırlar. Həkimlər Ramizin vəziyyətinin orta-ağır olduğunu deyirlər. Oksigen verirlər”.

Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.