Yeni növ koronavirusa (COVID-19) yoluxan Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin son vəziyyəti açıqlanıb.
Medicina.az -ın xəbərinə görə, onun qızı Cəlalə Əzizbəyli oxu.az-a bildirib ki, atasının vəziyyəti orta ağır olaraq qalır:
“May ayının 28-dən atam Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitalın reanimasiya şöbəsinə yerləşdirilib”.