Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli hazırda reanimasiyadadır.
Medicina.az xəbər verir ki, bu barədə APA-ya Xalq artistinin qızı Xədicə Əzizbəyli məlumat verib.
O, atasının vəziyyətinin hazırda orta-ağır olduğunu, müalicəsinin hələ uzun müddət davam edəcəyini bildirib.
Qeyd edək ki, Xalq artisi R.Əzizbəyli bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilib.