Ramazan ayı sabahdan (martın 1-dən) başlayacaq.
Medicina.az xəbər verir ki, mütəxəssislər Ramazan ayında sahura çox əhəmiyyət verməyi tövsiyə edir.
Sahurda diqqət etməli olduğunuz şeylər bunlardır:
Kompleks karbohidratlar:
Yulaf, tam buğda çörəyi və bulqur kimi qidalar sizi uzun müddət tox saxlayar.
Protein:
Yumurta, qatıq, pendir, süd, fındıq, badam kimi qidalar toxluğu uzadır.
Sağlam yağlar:
Avokado, zeytun və qoz kimi yağlar enerjinizi balanslı şəkildə istifadə etməyə kömək edir.
Lifli qidalar:
Tərəvəz, meyvə və paxlalılar həzmi dəstəkləyir və qəbizliyin qarşısını alır.
Duzlu qidalar (salam, kolbasa, turşu, cips) gün ərzində susuzluğu artırır.
Həddindən artıq şəkərli qidalar (şirniyyatlar, cemlər, şokoladlar) qanda şəkərin qəfil dəyişməsinə səbəb olur, gün ərzində yorğunluq yaradır.
Kifayət qədər SU İÇİN...
Sahurda ən az 2-3 stəkan su içməyi unutmayın.
Çay və qəhvə həddindən artıq içildikdə susuzluğa səbəb ola bilər.
Qızardılmış və həddindən artıq yağlı qidalar həzmi çətinləşdirir və gün ərzində mədə narahatlığına səbəb ola bilər.
Sahurda çox yemək gün ərzində yorğunluğa səbəb ola bilər. Orta, balanslı səhər yeməyi və ya yüngül yemək ən yaxşısıdır.
Yeməyi hərtərəfli çeynəmək həzmi asanlaşdırır və mədə narahatlığının qarşısını alır.
Bunlara diqqət yetirməklə sahurda daha sağlam və rahat bir gün keçirə bilərsiniz.
Aygün
Medicina.az