Ramazan ayı bir çoxları üçün siqareti tərgitməyə vəsilə müddətdir.
Medicina.az-ın təqdim edəcəyi məqamlara diqqət yetirərək siqaretdən daha asan və rahat xilas ola bilərsiniz.
Bol su için - Ramazan ayında çoxlu su içməklə siqaretin yaratdığı vərdişdən qurtulmaq mümkündür. Mütəxəssislər bildirirlər ki, iftardan sonra siqaret daha çox çəkilir. İftardan sonra bol su içmək siqaret istəyinin qarşısını ala bilər.
Nanə - Ramazan ayında siqaret çəkmək istəmirsinizsə, nanə qəbul edin. Nanə nikotin vərdişini azalda bilər və siqaret çəkmə arzusunu azaldır.
Pomidor - Hər gün 1 stəkan pomidor suyu ilə vücudunuzdakı nikotin ehtiyacından xilas ola bilərsiniz.