Oruc tutarkən ağız gigiyenasına nə qədər əhəmiyyət verilsə də, bəzi hallarda ağız qoxusunun qarşısını almaq mümkün olmur.
Medicina.az xəbər verir ki, Prof. Dr.İbrahim Saraçoğlu ağız qoxusunu anında aradan qaldıran reseptini bölüşüb.
Professor bildirib ki, bu resepti tətbiq edənlər oruc tutarkən özlərini çox daha yaxşı hiss edəcəklər. Ən əsası isə odur ki, bunun üçün cəmi iki məhsula – adaçayı və içməli suya - ehtiyac var.
Bir çay qaşığı adaçayının üzərinə 1 stəkan qaynar su əlavə edin və 15 dəqiqə dəmləyin.
İbrahim Saraçoğlu bildirir ki, sahurdan sonra gündə bir dəfə bu çayla qarqara edilməlidir. Adi vaxtlarda isə bir ay ərzində hər axşam və naharda bir stəkan adaçayı içmək olar.
İbrahim Saraçoğlunun sözlərinə görə, adaçayını hər dəfə təzə dəmləyərək içmək məsləhətdir. Belə olduqda çay ağız qoxusundan 24 saat mühafizə edir.
Aysel