Çeşidli nemətlərlə bəzədilmiş zəngin iftar süfrəsi, sahur naz-neməti insanda bir başqa ovqat yaradır. Zənn etmək olar ki, gün boyu ac-susuz olmuş orqanizm hətta daşı da əridər.
Bəs bu barədə elm nə deyir?
"Medicina" xəbər verir ki, fizioloji baxımdan həzm sistemi sutkanın yalnız işıqlı vaxtı aktivdir; axşam saatlarında isə dincəlir. Buna görə axşam yeyilən ağır yeməklər həzm olunmayaraq mədə-bağlrsaq traktında ləngiyir, köp, mədədə ağırlıq, yanğı hissi, narahatlığa gətirir; eyni zamanda, sahurda, gün boyu tox saxlayıb enerji verəcək qidanın qəbulunu əngəlləyir.
Orucluqda bir çoxlarının halsız, yorğun olması məhz gecə yeməyinin tam parçalanmaması, faydalı maddə yerinə zərərlilərinin əmələ gəlməsi ilə bağlıdır. Bu baxımdan, həzmin rahat getməsi, gün ərzində isə enerjili olmaq üçün iftar süfrəsini bol su-çay, meyvə -tərəvəz -ağartılı etmək, əsas qida qəbulunu isə sahura saxlamaq daha məqsədəuyğundur. Belə olduqda sahurda, yəni səhərin açılmasına az qalmış yeyilən "ağır" yemək gündüz rahat həzm olunub orqanizmi aktiv fəaliyyət üçün gərəkli maddələrlə yetərincə təmin edəcək.
Əlbəttə də ki, ağız dadından, yaşından, fiziki fəaliyyət növündən asılı olaraq, Ramazan süfrəsi fərdi və fərqlidir. Təqdim edilmiş nümunə isə yalnız bir variantdır. Və ola bilər ki, illərdir iftarı bol, imsakı boş edən bir çoxlarının həzmsizlik, köp, narahatlıq, diskomfort problemi məhz bu rejimlə həll olunacaq və orucluqdan gözlənilən şəfa qat - qat artacaq.
Ənənəvi qaydada qidalanma zamanı isə təbii tərkibli Gastricumeel preparatı yaranan həzm problemlərini həll edib, orucluğu daha sağlıqlı və rahat edəcək.
Gastricumeel:
✅yeməkdən sonra yaranan köpü aradan qaldırır
✅mədədə yanğı və qıcqırmanı söndürür,
✅öd axınını yaxşılaşdırıb yemək həzmini rahatlayır
✅mədə və bağırsaqların hərəkətliliyini yaxşılaşdırır
✅qəbizliyə yol vermir.
İstifadəsi: 1 tab. səhər yeməkdən 20 dəq. əvvəl və 2 tab. axşam yeməkdən 1 saat sonra ağızda sormaqla həzminiz rahat, orucunuz şəfalı olacaq.
Oruc və dualarınız qəbul olunsun!
MEDİCİNA.AZ