Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rahat yatmaq və yuxudan vaxtında oyanmaq...

  • 2019.08.20 10:42
  • 6221 Baxış
Rahat yatmaq və yuxudan vaxtında oyanmaq...
Vaxtında oyanmaq və gün ərzində enerjili olmaq üçün ilk növbədə tam və normal yuxu yatmaq lazımdır. Yuxu tam olmayanda oyanmaq heç də asan olmur. Ona görə də ən yaxşısı vaxtında yatıb vaxtında oyanmaqdır.
Medicina.az bildirir ki, həkim-terapevt Gülnarə Məmmədova bu barədə AZƏRTAC-a məlumat verərkən deyib: "Yatmazdan əvvəl qətiyyən qida qəbul etmək düzgün deyil, çünki gecə boyu hərəkətsizlik və dolu mədə səhərki yorğunluğun əsasını qoyur. Günün ikinci yarısı kofeinli içkilər içmək də məsləhət görülmür.

 

Səhər vaxtında oyana bilməmək gərgin keçən axşamın da nəticəsi ola bilər. Ona görə də əsəbi olarkən yatmazdan əvvəl 1 stəkan çobanyastığı çayı içmək yuxuya çox yaxşı təsir edir. Səhər tezdən sərt idman hərəkətləri etməmək, əksinə, yüngül və gimnastik hərəkətlərlə günə daha rahat başlamaq olar".