Dəri qırışları və üz sallanmasından azad olmanın ən qısa və əməliyyatsız yolu!
Müəyyən yaş həddinə çatdıqda yaranan dəri qırışları, dəri tonusunun azalması, üzün sallanması hər kəsi narahat etməyə başlayır. Hətta plastik əməliyyat haqqında düşünənlər də olur.
Bioloji təbabət klinikasının estetik korreksiya şöbəsində "Siet” aparatı vasitəsilə aparılan radiofrekans terapiya bu problemlərin öhdəsindən asanlıqla gəlir. Belə ki, sadalanan proseslərin əsasında dəri zülalları olan kollagen və elastinin dağılmasının sürətlənməsi, sintezinin isə zəifləməsi durur. Dərinlikdə yerləşən dəri qatlarına ultrasəs dalğalar və istilik vasitəsilə təsir edilərək, köhnə, parçalanmış kollagen xaric edilir və yeni kollagenin yaranması sürətlənir. Elə ilk prosedurdan qırışların dayazlaşması, genişlənmiş məsamələrin yığılması, üz dairəsinin dartılması kimi effektlər müşahidə olunur. 4-6 həftə davam edən müalicə kursu ərzində əldə edilmiş mükəmməl nəticə 2 ilədək qorunur.
Göstərişlər:
-üzdə qırışların yaranması
- məsamələrin genişlənməsi
- sinə, qarın, bud, baldır, bədənin digər nahiyələrində dərinin boşalması
-qaşların, göz qapaqlarının, çənəaltı nahiyənin boşalıb aşağı düşməsi
-üz dərisinin sallanması
Prosedurdan alınan effekti gücləndirmək, maksimum fayda əldə etmək üçün dağılmış kollagenin eliminasiyası üçün detox-çay və preparatlar, yenisinin əmələ gəlməsini aktivləşdirmək üçün-superfudlarla zəngin qida rasionundan istifadə məqsədəuyğundur.
Kardioloji stress testindən keçmək üçün Bioloji təbabət klinikasına müraciət edə bilərsiz.
Tel.: (+994 12) 430 89 89
Mob.: (+994 50) / (+994 55) / (+994 70) 430 89 89
Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında