Radikulit nədir, nədən yaranır?
Hazırda radikulit xəstəliyinin adı dəyişib, radikulopatiya adlandırılır.
“Medicina” xəbər verir ki, nevroloq Yana Kotlyar radikulopatiyanın yaranma səbəblərini açıqlayıb.
Radikulopatiya – onurğa beynindən çıxan sinir köklərinə təzyiq və sıxılması nəticəsində yaranan ağrı və simptomlardır.
Bu xəstəlik boyun və bel hissədə güclü atıcı ağrının olması, hissiyatın itməsi və sibir sıxıldığı yerdə keyləşmənin hiss olunması, zamanla ayaqlarda zəifliklə müşaiyət olunur.
Bu zaman ağrı hərəkət edəndə, iş görəndə kəskinləşir, yatmağa mane olur, ağrıkəsici az təsir edir.
Radikulopatiyanın yaranma səbəbi onurğa fəqərələrində disklərin degenerasiyası, yırtıqlardır.
Amma statistikaya görə, onurğa yırtıqlarında cəmi 4% hallarda radikulitə səbəb olur.
Ona görə radikukitdə MRT informativ deyil, çünki orda yırtıq olsa da, bu səbəb olmaya bilər. Mütləq nevroloq xəstəni əyani müayinə etməli, simptomları nəzərə almalıdır.
Radikulit cavanların xəstəliyidir, 50 yaşdan sonra nadir olur.
Çünki zamanla disklər daha sıx və az elastik olur və sinirləri çox sıxmır.
Müalicəsi
Radikulitlə nevroloq, ağır halda neyrocərrah məşğul olur.
Çox halda yırtıq olsa da, standart terapiya və fizioterapiya ilə orqanizm özü bunun öhdəsindən gəlir.
Hazırda isə alqologiyada epidural blokadalar, sıxılan sinirlərdən çıxan ağrının xüsusi iynə və metodla kəsilməsi istifadə olunur.
Xroniki və müalicə nəticə vermədikdə əməliyyat seçilə bilər.
Aygün Musayeva