Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rac Kapurun oğlu xərçəngdən vəfat etdi

  • 2020.04.30 13:20
  • 4282 Baxış
Rac Kapurun oğlu xərçəngdən vəfat etdi


Hindistanın tanınmış aktyoru Rişi Kapur vəfat edib.

Medicina.az xəbər verir ki, aktyor 68 yaşında Mumbai şəhərindəki klinikalardan birində xərçəngdən dünyasını dəyişib.

Bollivudun məşhur aktyorlarından olan Rişi Kapur görkəmli aktyor və rejissor Rac Kapurun oğludur.

Rişi Kapura uğuru baş rolda çəkildiyi “Bobbi” filmi (1973) qazandırıb. Filmin rejissoru atası Rac Kapur olub. Həmin il Rişi Kapur Hindistanda ilin aktyoru seçilib.