Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qvineyada yeni Marburq virusu alovlanıb – ÜST-dən xəbərdarlıq

  • 2023.02.17 16:40
  • 1839 Baxış
Qvineyada yeni Marburq virusu alovlanıb  – ÜST-dən xəbərdarlıq

Dünya Səhiyyə təşkilatı tarixdə ilk dəfə Ekvatorial Qvineyada yeni Marburq virusu qeydə alıb.

Bu virus olduqca təhıükəli virusdur, lakin yayılma riski azdır.

Bakupost.az xəbər verir ki, Qviyenanın Kientem əyalətində minimum 10 nəfərin ölümü ilə nəticələnən virus alovlanması müşahidə edilib.

Marburq virusuna qarşı testlər pozitiv nəticə verib. Eləcə də digər 17 nəfərdə analoji əlamətlər müşahidə edilib.
Xəstəlik titrəmə, qızdırma, qanlı qusma və ciddi zəifliklə özünü göstərir.

Marburq virusu ilk dəfə 1967-ci ildə kəşf olunub. Alimlər Uqandadan gətirdikləri meymunlarda bi virusu aşkarlayıblar. Meymunlardan insana keçən virus Almaniya, Serbiya, Beqradda 2-3 dəfə yoluxmaya səbəb olmuşdu.

Amma Marburq virusunun da orijinal daşıyıcısı meyvə yarasalarıdır.

İnsana yoluxma yarasaların qonduğu və toxunduğu meyvə ağaclarının meyvəsini yedikdə və mağarada uzun müddət qaldıqda olur.

Xəstəliyin simptomları: hemorragik qızdırma, güclü baş, bədən ağrıları, qusma, ishal, qanlı qusma, dəridən qanama və s.

İnkubasiya dövrü 7 gündür, sonra qızdırma qəfildən 40 dərəcəyə qədər qalxır.

Aygün Musayeva