Quşların cəh-cəhi psixi sağlamlıq üçün effektivdir.
"Medicina" xəbər verir ki, Planla universitetinin alimləri quş səslərini psixikaya təsirini araşdırıb.
Onlar 295 nəfər depressiyada olan insana quş səsləri yazılmış səs və yol səsləri dinlədiblər.
Daha sonra onların beyni MRT olunub və depressiya dərəcəsi ölçülüb.
Məlum olub ki, quş səsləri təşviş və paranoyun səviyyəsini azaldıb, yol, maşın səsləri isə depressiv pozuntunu dərinləşdirib.
Xüsusən motosikl və avtomobil səsləri pis təsir edib.
Alimlər bildirir ki, quş səsləri beyni stress faktorundan yayındırır və təhlükəsizlik hissi verir.
Ona görə də deprsssiv və təşvişli xəstələrə təbiət və quş səsləri terapiyası tövsiyə olunur.
Aygün Musayeva