Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Quşçuluq fermasının 36 işçisi nahardan sonra xəstəxanalıq oldu

  • 2024.07.11 14:42
  • 718 Baxış
Quşçuluq fermasının 36 işçisi nahardan sonra xəstəxanalıq oldu
Rusiyanınn Mari El Respublikasında iri quşçuluq fermasının 36 işçisi xəstəxanalıq olub.

Medicina.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, xəstəliyin səbəbi stafilokok infeksiyasıdır.

“İyulun onuncu və on birində Mari El Respublikasının ərazisində yerləşən quşçuluq fermasının işçiləri stafilokok infeksiyası ilkin diaqnozu ilə tibb müəssisələrinə yerləşdirilib”, - deyə Rusiya İstintaq Komitəsinin bölgə üzrə rəhbərinin köməkçisi İvan Çekulayev bildirib.

Hazırda müstəntiqlər hadisə yerinə baxış keçirir və zərərçəkənləri dindirir.

Bildirilir ki, bütün zərərçəkənlər şirkətin yeməkxanasında nahar etdikdən sonra xəstəxanaya aparılıb. Onların hamısı eyni salatı yeyiblər.

Faktla bağlı cinayət işi başlanıb.


Aysel