Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qusarda zəhərli gənə uşağı ölümcül dişlədi – Valideynlər diqqətli olsun

  • 2018.05.08 16:42
  • 24802 Baxış
Qusarda zəhərli gənə uşağı ölümcül dişlədi –  Valideynlər diqqətli olsun
Tanınmış pediatr Tərlan Eyyubov bu gun rastlaşdığı maraqlı kliniki vəziyyəti bölüşüb.


 Medicina.az xəbər verir ki, həkim Qusardan gətirilmiş 6 yaşlı oğlan uşağını müayinə edərkən, onda gənə dişləşəsinin nəticəsi olan Borrelioz diaqnozunu təyin edib.

 

Uşağın qulağının ardından yapışan gənəni rayonda çıxarıblar və müalicə də yazılıb. Amma müalicə yarımçıq aparıldığından 1 həftə sonra həmin nahiyədə səpki və şişkinlik yaranıb. Uşağın vəziyyəti pisləşib: hərarət, əzginlik, ürəkbulanma simptomları başlayıb. Valideynlər qorxaraq, uşağı Bakıya gətiriblər.

Həkimin bildirdiyinə görə, Azərbaycan üçün bu çox nadir diaqnozdur. Bölgələrdə gənə sancması olsa da, bizim ölkədə Borrelioz kimi ağırlaşmış diaqnoza demək olar ki, rast gəlinmir. Əgər xəstəlik vaxtında müalicə olunmazsa, ürəkdə blokada, ensefalit, meningit, artrit kimi ağırlaşmalar verir, hətta xəstənin ölümü ilə nəticələnir.


Xəstəyə 15 günlük antibiotik müalicəsi və əlavə müayinələr təyin olunaraq, ciddi nəzarətə alındı. 

 


Qeyd edək ki, bu aylarda gənələr aktivləşir, Rusiya, Ukrayna və Avropada insanlar gənə dişləməsinə ehtiyatla yanaşır. Hətta gənənin bu növünün yaratdığı xəstəliyə qarşı peyvəndlər olunur. Bizdə isə belə peyvənd yoxdur. Çünki zəhərli gənə növünün Azərbaycanda ola bilməsi ehtimalı azdır. Amma göründüyü kimi, belə bir fakt var. Ona görə valideynlər xüsusən uşaqlara qarşı diqqətli olmalıdır. Çöldə, meşədə, parkda, həyətdə oynayarkən uşağın hər hansı nahiyəsinə, xüsusən boyun hissəsinə gənə yapışdığını gördükdə onu sapla qopartmalı, yaranı dezinfeksiya edib, dərhal həkimə getmək lazımdır.

Qusarda zəhərli gənə uşağı ölümcül dişlədi –  Valideynlər diqqətli olsun