Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qusarda üçəm doğuldu - FOTO

  • 2019.02.22 12:56
  • 5918 Baxış
Qusarda üçəm doğuldu -  FOTO
 

Qusarda üçəm doğulub.


Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Medicina.az-a verilən məlumata görə, körpələr bu gün səhər saatlarında rayonun mərkəzi xəstəxanasında dünyaya gəliblər. Hər üçün oğlan olan körpələri Quba sakini olan 36 yaşlı 1-ci Nügədi kənd sakini, İlahə Həsənşah qızı Mirzəyeva dünyaya gətirib.


Doğum şöbəsinin ginekoloqu Elena Tağıyevanın sözlərinə görə, uşaqların çəkisi 2 kq 800, 2 kq 700 və 1 kq 800 qram arasında dəyişir. Ananın müalicə həkimi bildirib ki, bu İlahə Mirzəyevanın ikinci doğuşudur. Qadın birinci dəfə evliliyindən 7 il sonra bir qız uşağı dünyaya gətirib. 2,5 il fasilədən sonra o yenidən həkimə müraciət edib və müalicələrdən sonra hamilə qalıb. 


Körpələrin və ananın vəziyyəti normaldır. Qusar doğum şöbəsinin müdiri Anjela Əlifxanova üçəmlərin vaxtında doğulduqlarını, hələlik səhhətlərində hər hansı problem olmadığını deyib.


Xəstəxananın baş həkimi Mübariz Zeynalovun sözlərinə görə, bu son 3 ildə doğulan ikinci üçəmlərdir. Sonuncu dəfə üçəmlər 2017-ci ilin dekabrında hərbçi ailəsində dünyaya gəlmişdilər.

 


 


Qusarda üçəm doğuldu -  FOTO