Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qusar həkimləri əcnəbi xəstəni xilas etdilər - Qaraciyəri yırtılmışdı

  • 2019.03.05 16:52
  • 6701 Baxış
Qusar həkimləri əcnəbi xəstəni xilas etdilər -  Qaraciyəri yırtılmışdı
 

Şahdağ Qış-Yay Turizm Kompleksində bədbəxt hadisə baş verib.


Bu barədə Medicina.az Səhiyyə Nazirliyindən məlumat verilib. 


Bildirilir ki, əcnəbi işçilərdən birinin üzərinə ağır yük aşıb. Yaralı xəstəxanaya yerləşdirilib.


Məlumata görə, Şepelyov Nikita Mixayloviç qaraciyər, böyrək, dalaq, bağırsağın ağır xəsarətləri, çoxlu qanitirmə və ağır travmatik şok diaqnozu ilə Qusar rayon mərkəzi xəstəxanasına daxil olub.  


Həkimlər yaralının həyatını xilas ediblər.


Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.