Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Asiya və Avropadan sərhəd ölkələrə yoluxma ehtimalının çoxaldığını bildirir.
Medicina.az xəbər verir ki, ötən həftə Cənubi Koreyada quş qripinə görə 770 min ev quşu məhv edilib. Bir çox rayonlarda tədbirlər gücləndirilib.
Avropa və Asiya ölkələrində müşahidə edilən artımdan sonra digər ölkələrə yoluxucu və ölüm nisbəti çox yüksək olan virusa qarşı ehtiyat tədbirləri həyata keçirmək məqbul görülür.
Hazırda Avropa və Asiyanın 14 ölkəsində quş qripi mövcuddur. Xüsusilə Çində yoluxmaların sayında artım var.
Səhiyyə rəsmiləri ölkələrə xüsusilə idxalda diqqətli olmalarını tövsiyə edir.
Quş qripi, xüsusilə H5N8 çox təhlükəlidir. Xəstəliyin ilk əlamətləri ev quşlarında ölüm, insanlarda isə qrip əlamətləridir: qızdırma, öskürək, baş ağrısı, əzələ ağrıları və virusun səbəb ola biləcəyi mümkün təsirlərdir.