Belçika və Norveçdə quş qripinin yayılması qeydə alınıb.
“NRK”nın məlumatına görə, infeksiya Norveçin Ruqaland bölgəsində vəhşi quşda aşkarlanıb.
Norveç Qida Təhlükəsizliyi İdarəsinin Heyvan sağlamlığı şöbəsinin rəhbəri Ole-Herman Tronderud sakinləri ölü quşların tapılması barədə məlumat verməyə çağırıb. Bu onlarda infeksiyanın olub-olmamasının yoxlanılması üçün lazımdır.
“İnsanların yoluxma riski çox aşağıdır”, — deyə məmur vurğulayıb.
Həmçinin Belçikada quş qripinin yayılması qeydə alınıb. “Reuters”in məlumatına görə, Fransa ilə həmsərhəd Menen şəhərində virusdan 600-ə yaxın quş ölüb. Daha 151 min quş infeksiyanın yayılmasına qarşı mübarizə çərçivəsində məhv edilib.