Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Quş qripi aşkarlandı

  • 2018.01.15 10:48
  • 11720 Baxış
Quş qripi aşkarlandı
Türkiyənin şərqindəki Mardin vilayətinin Boğaziyyə kəndində "quş qripi" aşkarlanıb.


 

Medicina.az modern.az -a istinadən xəbər verir ki, "quş qripi" virusu aşkarlanan kənddə, xəstə quşların məhv edilməsi üçün profilaktik tədbirlər həyata keçirilib.


"Quş qripi" tez bir zamanda aşkarlandığı üçün və operativ profilaktik tədbirlər nəticəsində virusun insanlara keçmə riski qeydə alınmayıb.


Hazırda ətraf kəndlərdə "quş qripi"nə qarşı analoji olaraq profilaktik tədbirlər keçirilir.


Qeyd edək ki, son dəfə Türkiyədə "quş qripi" 2015-ci ilin iyun ayında İstanbulda aşkarlanıb.


İstanbulda "quş qripi"nin aşkarlanması faktından sonra ölkədə uzun müddət profilaktik məqsədlərlə sentyabrın sonunadək vəhşi quşların ovuna qadağa qoyulmuşdu.