Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti tərəfindən Nepaldan heyvan və quş əti idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.
Medicina.az xəbər verir ki, məhdudiyyət iyunun 25-dən qüvvəyə minib.
Buna səbəb Nepal ərazisində dabaq, yüksək patogenli "quş qripi" və taun xəstəliklərinin yayılması olub.