Öskürək orqanizmin təbii müdafiə mexanizmidir. Öskürəyin köməyi ilə nəfəs yolları selik, mikrob, toksinlərdən təmizlənir.
Medicina.az xəbər verir ki, öskürəyi “müalicə etmək” deyil, yüngülləşdirmək və daha effektli etmək lazımdır. Bunun üçün çoxlu sayda xalq təbabəti vasitələri var. Bu vasitələrdən biri tut dəmləməsidir.
1 x.q. quru tut 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və gün ərzində 3 dəfə stəkanın 1/3 olmaqla qəbul edilir. /saglamolun.az/