Quru şampundan tez-tez istifadə xərçəng riskini artırır. Tərkibində benzol olan quru şampunlar yağlı saçları olan insanların xilas vasitəsidir.
“Medicina” xəbər verir ki, həkim –trixoloq Oleq Russkixin sözlərinə görə, başın yuyulması proseduru baş dərisini yağdan, kəpəkdən, tozdan və digər çirklərdən təmizləmək üçün gigiyena prosedurudur.
Bir çox insan bir prosesə ən azı 20 dəqiqə vaxt sərf edir: saçlarını isladır, şampun çəkir, köpürtmə və s. Hazırda dəbdə olan şampunlardan biri də quru sampunlardır.
“Bu birləşmələrin çoxunda benzol var və bu maddə insan sağlamlığı üçün böyük təhlükə mənbəyidir.
Son elmi araşdırmada alimlər müəyyən ediblər ki, benzolla təmas müxtəlif növ şişlərə səbəb ola bilər. Bu maddə, geniş spektrli kanserogendir.
Benzol yaxşı uçuculuğa malikdir, buna görə də tənəffüs yollarına daxil ola və ağciyər şişinin inkişafına səbəb ola bilər.
Bundan əlavə, bu şampunlar dəri xərçəngi riskini artırır.
Tərkibində benzol olan quru şampunlar ən yaxşı halda ləğv olunmalıdır”.
Eyni zamanda, qeyd edək ki, benzol maye şampunların tərkibində yoxdur.
Aygün Musayeva