Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Quru öskürəyi olanlar qurd analizi versin – Həkim

  • 2024.03.28 19:33
  • 876 Baxış
Quru öskürəyi olanlar qurd analizi versin  – Həkim



Quru öskürək, yorğunluq bir çox xəstəliklərdə, eləcə də qurd yoluxmalarında olur.


“Medicina” xəbər verir ki, parazitoloq Olqa Arqinskaya qurdların yaratdığı xəstəliklərin spesifik əlamətləri olmadığını bildirib.


“Enterobioz, askaridoz, opistorxoz, toksokaroz – özlərinə məxsus xarakterik simptoma malik deyil. Ona görə də evdə və hətta həkimin də parazitar invaziyanı sadəcə əlamətlərlə müəyyən etməsi çətindir.


Orqanizmdə parazitlər varsa, tez-tez daimi yorğunluq, əzginlik, enerji yetməzliyi, tükənmə hiss olunur.


Mədə-bağırsaq sistemində davamlı diskomfort, həzmsizlik, ağrı, köp, ürəkbulanma, ishal,tualetdə qan izi də parazitlərdən ola bilər.

Hətta keçməyən quru öskürək, dəridə səpki, qaşınma da qurdların fəsadıdır.
Əzələlərdə, bəzən dizlərdə ağrı da parazitlərin təsiridir.

Parazitlərə şübhə olduqda, mütləq parazitoloqa müraciət edib, uyğun müalicə almaq lazımdır”.


Aygün Musayeva