Adətən soyuqdəymə olanda öskürəklə müşahidə edilir. Gecə saatlarında artan öskürək bəzən bizi yuxusuz qalmağa vadar edir. Bu durumla üz-üzə qaldıqda mütləq həkimə getmək lazımdır. Lakin ilkin olaraq əlçatanalığı nəzərə alıb, ev şəraitində bəzi üsulları tətbiq etmək olar. Bunun müəyyən qədər köməyi olur.
Medicina.az faydalı məlumatları təqdim edir.
Öskürəyə təsir edən amillər.
• 1 almanın qabığını soyun, bir neçə dənə də çəyirdəyini götürün. Cökə çiçəyi, 2 ədəd mixək, darçın qabığı, bir dilim limon. Bunların hamısını qarışdırıb, qaynadın. Məhlulu ilıq formada içmək lazımdır.
UŞAQLAR ÜÇÜN DƏ İSTİFADƏ ETMƏK OLAR.
• 1 çay qaşığı bala zəncəfil tozu qatın. Qarışdırıb qəbul edin. Bu məcun öskürəyə və boğaza yaxşı təsir edir.
UŞAQLARA OLMAZ!
• İki çay qaşığı bəhməzə biraz qara istiot qatıb qarışdırın. Hər gün bir qaşıq qəbul edin. Bir-iki günə öskürək keçib gedəcək.
YETİŞKİN İNSANLAR İSTİFADƏ EDƏ BİLƏR.
• İki çay qaşığı tut bəhməzi və biraz qara istiotu qarışdırın. Hazırlanan qarışıqdan gündə iki dəfə yemək olar. İki günə öskürək bəlasından azad olacaqsınız.
YETİŞKİN İNSANLAR İSTİFADƏ EDƏ BİLƏR.
• Bir çay qaşığı qara istiotu 1 çay qaşığı bal ilə qarışdırın. Bunu qəbul etdikdən sonra süd için.
BU DÜSTUR YETİŞKİNLƏR ÜÇÜN TƏSİRLİDİR.
• Qabıqlı alma, darçın, zəncəfil, cökə çiçəyi, heyva və qabıqlı limon qaynadıb suyunu için. Sinəni yumşaldır və öskürəkdən xilas edir.
• Uşağınız yuxuya gedəndə otaq temperaturundakı balı kürəyinə sürtün. Üzərinə kağız və yaxud quru salfet sərin. (ətrafa bulaşmasın deyə sarıya da bilərsiniz.) bu üsulu 2-3 dəfə təkrar edin, öskürək kəsiləcək.
• Cökə çiçəyi və heyva yarpağı birgə qaynadılıb içilərsə, bu da olduqca təsirli üsuldur.
• Bir miqdar kəklikotu qaynadın. Daha sonra ilıqlaşana kimi soyumasını gözləyin. İçinə bal əlavə edin. Bu qarışığı körpələrə də vermək olar.
• Nişastanı qaynadıb, içinə limon və ya portağal suyu sıxın. Dadını dəyişmək və yaxud daha təsirli etmək üçün biraz doşab əlavə edin. Hazırlanan qarışığı ilıq-ilıq için. Öskürək anındaca kəsiləcək.
• Biraz zeytun yağı isidin və içinə qara istiot əlavə edib bişirin. Yanana kimi qarışdırın. Daha sonra öskürən uşaqların və böyüklərin kürəyinə və sinəsinə çəkin. Üzərini tənziflə örtün və üstündən paltar geydirin.
Ayna Məmmədova
Medicina.az