Quru ərik uzun əsrlərdir xalq təbabətində çoxsaylı müalicəvi təsirinə görə istifadə olunur.
“Medicina” xəbər verir ki, quru ərik təzə ərikdən faydalı tərkibinə görə heç də geri qalmır. Onda B, C, PP vitaminləri, kaliy, 12 aminturşusu, marqans və maqniy var.
Quru əriyin 10 təsiri:
- Sidikqovucu – artıq mayeni qovur, ödemi götürür, böyrək və sidik yollarından qumu, daşı, çöküntünü yuyur
- Piy, yağ yandırıcı – artıq çəkisi olanlar metobolizmi sürətləndirmək üçün gündə 5-7 ədəd quru ərik yesin
- Qandurulducu – qanın qatılığını azaldır, axıcılığını artırır, tromba qarşıdır. Ona görə müasir tibb də varikoz və ürək damar xəstələrinə quru ərik tövsiyə edir.
- Həzmi yaxşılaşdırır, qəbizliyə qarşıdır
- Endokrin hormonal sistemi tənzimləyir
- Yaddaşı yaxşılaşdırır, diqqəti artırır
- Görmə zəifliyində faydalıdır
- Yüksək təzyiqi salır, təzyiq xəstələrində damar spazmını aradan qaldırır
- Miqren və baş ağrılarına qarşıdır
İstifadə qaydası:
Quru əriyi yuyub gündə 100 qram yemək
Və ya üzərinə su alıb dəmləmə və ya kompot hazırlamaq.
- Şəkərli diabet, qastrit, öd daşı, aşağı təzyiqi olanlar ehriyatla qəbul etsin.
Aygün Musayeva