Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Quru dodaqları bu üsulla bərpa edin

  • 2019.11.02 15:00
  • 5852 Baxış
Quru dodaqları bu üsulla bərpa edin

Qadınları qıcıqlandıran ən böyük problemlərdən biri də cansız dodaqlardır. Soyuq havalar başlayan kimi bəzi insanların dodaqları quruyur və çatlayır. Sözügedən problemlə bağlı təqdim edəcəyimiz reseptlə, dodaqlarınızı nəmləndirəcək, parlaq edəcək və sağlam görünməsinə nail olacaqsınız.


Medicina.az lent.az-a istinadən dodaqları canlandıran şəkər pilinqini təqdim edir:

İçindəkilər:
1 çay qaşığı zeytun yağı, 1 çay qaşığı Hindistan qozu yağı və şəkər tozu

Hazırlanması:

Şəkər tozunu zeytun yağı və Hindistan qozu yağı ilə qarışdırırıq. Şəkər tam ərimədən, qarışımı quru dodaqların hər tərəfinə çəkib yüngülcə ovuruq.

1-5 dəqiqə arası dodaqda saxlayıb təmiz su ilə yuyuruq.