Balqabağın özü qədər tumları da faydalıdır. Mütəxəssislər balqabaq tumunun qurd salmaqda böyük təsirə malik olduğunu bildirirlər.
Medicina.az qurdlardan xilas olmaq üçün bu növ tumlardan istifadə qaydasını təqdim edir:
Uşaqlar hər gün səhər ac qarnına 50 qram balqabaq tumu yeməlidirlər. Yarım saat sonra isə dəmlənmiş səna çayından 1 çay qaşığı qədər istifadə etməlidirlər. Bu onların bağırsaqlarını açaraq qurdların xaric olmasına kömək edəcək.
Böyüklər isə tumdan 100 qram yeməlidirlər. Yarım saat sonra isə 1 xörək qaşığı səna çayından içə bilərlər.