Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qurbağa “zobu” sağaldırmı? - Həkim rəyi

  • 2017.11.02 16:11
  • 43865 Baxış
Qurbağa “zobu” sağaldırmı? -  Həkim rəyi
Qalxanabənzər vəzin düyünü, xüsusən toksiki, zəhərli düyünündə xalq təbabətində qədim bir üsulu indi də bəzi türkəçarə ilə müalicə edən insanlar tətbiq edir.

 

Qurbağa ilə düyünlü zobu müalicə etməyin 2 üsulu var: qurbağanı boğaza qoymaq, qurbağa ilə inqalyasiya etmək. 



Diri qurbağanı ələ götürmək, boğaza qoymaq adama ürpəndirici və iyrənc gəlir. Amma zəhərli zobu olanlar hər şeyi gözə alır. 


Diri qurbağanı düyünün üzərinə müəyyən müddətə qoyub, sonra götürürlər.


İkinci metodda qurbağanın kürəyini ağız-buruna yaxınlaşdırıb, nəfəs almaq, - sanki inhalyasiya edirmiş kimi, - sonra qurbağanın qarnını dodaqlara yaxınlaşdırıb, nəfəs alıb-vermək. Adətən belə müalicələr kursla davam edir. Özbaşına qurbağa terapiyasını etmək məsləhət deyil, bu işi təcrübəsi olan loğman etməlidir.

 


 

Təbii ki, tibbdə qalxanvari vəzin problemləri ilə məşğul olan həkim endorkrinoloqlar qurbağa ilə müalicəni qəbul etmir, əsassız hesab edirlər. Həkim endrokrinoloq Fərhad Burzu Medicina.az-a açıqlamasında deyib ki, qətiyyən bu metodu müalicəvi hesab etmir: 

 

"Qalxanvari vəz problemi hormonal pozğunluqdur.  Qurbağa bu xəstəliyə heç bir müsbət təsir edə bilməz. Bəzən olur ki, xəstənin boğulmaları nevroloji olur, qurbağanı qoyduqda onun hərəkəti həmin adamı sakitləşdirir, bir müddət boğulması olmur. Ola bilər sinir mənşəli boğulmalarda təsir olur. Bir növ çıldaq effekti verir. Amma zobun özünə heç bir faydası yoxdur.  İstənilən növ düyünü olan pasiyentlər alternativ tibbi metodlara vaxt sərf etməkdənsə, keyfiyyətli tibbi müalicə almağa tələssinlər”. 



Qurbağa “zobu” sağaldırmı? -  Həkim rəyi