Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qulaqları doğru təmizləmə QAYDALARI

  • 2019.12.05 16:56
  • 5915 Baxış
Qulaqları doğru təmizləmə  QAYDALARI
Qulaqları düzgün təmizləmək gigiyena üçün çox vacibdir. Kibrit və ya sancaq ilə qulaq təmizlmək kimi pis vərdiş, qulaq kiri vəzinin sekresiyasının artımından əlavə, qulaq pərdəsinin zədələnməsinə, eşitmə yolunun iltihabına səbəb ola bilər.

Medicina.az xəbər verir ki, kükürdün qulaq pərdəsinə təzyiqi onun sıxılmasına və tıxac yaratmasına gətirib çıxarır. Sıx-sıx qulaq təmizləmək qulaq kiri adlanan sekresiyanın dayandıra və ya artımına səbəb ola bilər. Bu isə öz növbəsində qulaq boşluğunun qurumasına və qaşınmasına gətirib çıxarır.



Qulaqları necə təmizləməli?
Qulaq kiri tıxacı yaranan zaman qulaqları səliqə ilə yumaq lazımdır. Əgər kir qulağa tez-tez yığılırsa yarım ildə bir dəfə həkim-otolarinqoloq yanında qulaq təmizlətmək lazımdır. Qulaq tıxacının yumuşalması üçün hidrogen peroksidi ya da vazelin yağı ilə(otaq şəraiti temperaturunda, əvvəlcədən isidilmiş su ilə) qulaqları təmizləmək lazımdır. Proseduru oturaq şəkildə qulaqlar yuxarı baxar vəziyyətdə etmək vacibdir.

Damcıtökənə yumuşaldan məhlulu (vzaelin yağı, hidrogen peroksidi, qliserin) tökün, qulaq boşluğunun yuxarı hissəsini eşitmə keçidinin düzləşdirilməsi üçün arxaya çəkin. Boş olan əllə seçilmiş məhlulu 5 damcı qədərində qulağa tökün. Artıq mayenin boşalması üçün qulağı bu vəziyyətdə bir müddət saxlayın.Ola bilər ki tıxacın yumuşalması daha uzun zaman alaraq gündə 3 dəfə bu prosedurun təkrarlanmasına gətirib çıxaracaq.



Eşitmə qabiliyyətinin azalmasından qorxmayın. Belə hallar tıxacın şişməsi ilə əlaqəli olur. Lakin vaxt keçdikcə kir tıxacı yumuşalır, qulaq boşluğu təmizlənir və eşitmə qabiliyyəti geri qayıdır. Əgər etdiyiniz cəhtlər nəticəsiz qalarsa, mütəxəssis həkim-otolarinqoloqa müraciət etmək məsləhətlidir.