Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qulaqda səs və cingilti nədər yaranır? - Səhiyyə nazirliyi ekspertindən açıqlama

  • 2022.08.26 14:43
  • 6236 Baxış
Qulaqda səs və cingilti nədər yaranır?   - Səhiyyə nazirliyi ekspertindən açıqlama

Qulaqda olan səslərin tibbi adı tinnitusdur. Şikayət adətən səs-küy, qulaqlarda cingilti kimi xarakterizə olunur. Lakin bağırtı, şıqqıltı, fısıltı və ya uğultu kimi də səslənə bilər. Bu səslər sakit və ya yüksək ola bilər. Bəzən bir və ya hər iki qulaqda müxtəlif səslər eşidilə bilər.


"Medicina" xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, otolarinqoloq Rəşad Talışinski bu barədə açıqlamasında bildirib.



"Tinnitus yalnız xəstəlik demək deyil. Qulağa düşmüş maye, yad bir cisim, böcək və s. - bütün bunlar tinnitusa səbəb ola bilər. Tinnitusa atmosfer təzyiqinin kəskin düşməsi (təyyarədə uçduqdan, paraşütlə tullandıqdan sonra), havanın dəyişməsi səbəb olur. Tinnitus çox nadir hallarda ciddi bir xəstəliyin əlamətidir.

Subyektiv səbəbdən yaranan tinnitusa əsasən beyin və eşitmə analizatorunun atrofiyası (yaşla bağlı dəyişikliklər); güclü səs-küy fonunda (o cümlədən mina partlamasından sonra); baş-beyin, onkoloji, mərkəzi sinir sisteminin xəstəliklərini misal göstərə bilərik.



Gicgah-çənə oynağının xəstəlikləri, beyin və boyun damar xəstəlikləri (damarların aterosklerozu, anevrizmalar, inkişaf anomaliyaları), onkoloji xəstəliklər, ürək qapaqlarının (klapanların) patologiyası, anemiya obyektiv səbəb kimi göstərilir".

Aygün Musayeva