Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qulaqda səs-küy bu vitamin çatışmamazlığındandır

  • 2023.02.28 18:07
  • 2543 Baxış
Qulaqda səs-küy bu vitamin çatışmamazlığındandır

Qulaqdakı səslərə səbəb olan B12 vitamini çatışmazlığı vaxtında müalicə edilməzsə, qalıcı sinir zədələnməsi və hətta ürək çatışmazlığı kimi ciddi problemlərə səbəb ola bilər.

“Medicina” xəbər verir ki, bəzi vitaminlər və minerallar sağlamlığımızın və rifahımızın açarıdır. Əsasən ət, pendir və yumurta kimi heyvan mənşəli məhsullarda olan B12 vitamini sağlam qırmızı qan hüceyrələrinin yaranması üçün vacibdir. Bu hüceyrələr oksigenin bütün bədənə daşınmasına şərait yaradır.

Həkim nevroloq Aleksandr Alexina bildirib ki, bütün B vitaminləri enerji istehsalında əsas rol oynayır. Bununla belə, B12 vitamini xüsusilə vacibdir, çünki onu yalnız heyvan mənşəli qida mənbələrindən əldə etmək olar. Bitki əsaslı və ya az ətli pəhrizə üstünlük verənlər qanda B12 səviyyələrinə baxmalıdırlar.

Təcrübələr göstərir ki, B12 vitamininin əlavə edilməsi, tinnitus –qulaqda küy olan xəstələr üçün effektiv təsir edir. Bunun mərkəzi sinir sistemində B12-nin əhəmiyyətindən qaynaqlandığı irəli sürülüb.

Günay