Son zamanlar gənc insanları da qulaqda küy, səs, uğultu səsi narahat edir. Bir çoxları problemi qulaqda axtarsalar da səbəb qulaqla bağlı olmur.
Bakupost.az xəbər verir ki, SİNA Çin dərgisində Çinli alimlərin qulaqlarda küyə səbəb olan amillər açıqlanıb.
Məlum olub ki, qulaqlarda küyün müxtəlif səbəbləri var.
- Psixoloji amillər, stress, nevrotik
- Menstruasiya öncəsi
- Siqaret, içkinin təsirindən
- Bağırsaqların qıcıqlanması, acı,istiotlu qidalar çox yemək
- Daxili, xarici qulaq xəstəlikləri
- Boyun,baş beyin problemləri
Çin alimləri bildirir ki, uzun müddət qulağında küy olan insanlar təşviş pozuntulu, neqativ emosiyalı, əsəbi olur, bu da küyü daha da artırır.
Ona görə emosional baxımdan sakit olmaq lazımdır.
Aygün Musayeva
BakuPost