Qulaqda adi iltihab və ağrı bəzən ölümcül nəticəyə səbəb ola bilər.
“Medicina” xəbər verir ki, otolorinqoloq Boqdan Kuleşev rinosinusit, otitin insanı iflic edə biləcəyini açıqlayıb.
“Qulaqlar baş beyinə yaxın yerləşdiyi üçün orda baş verən istənilən xəstəlik burun, göz, beyin, üçlü sinirə təsir edir.
Uşaq və böyükdə adi soyuqlama və qrip, yaxud el arasında deyilən “qulaqlarımı şaxta, don, külək vurdu” problemi banal nəticələrə səbəb ola bilər.
Qulaq xəstəliklərində günahkar soyuq yox, bakteriyalardır.
Keçmişdən deyərdilər ki, qulaqları, başı papaq, şarf ilə bağlamaq vacibdir. Düzdür, orqanın soyuğa məruz qalması ilə bakterial xəstəliklərin arasında əlaqə sübut olunmayıb.
Elmi araşdırmalar sübut edib ki, insanın xəstələnməsi üçün ona yad olan agentin- virus və ya bakteriyaya yoluxması lazımdır.
Qulaq iltihabı otit 2 cür olur: xarici qulağın keçidin iltihabı və orta barabanın arxasının iltihabı.
Otit xroniki və kəskin ola bilər.
Boğazda adenoidləri olanlarda otitə da çox rast gəlinir.
Bir çoxları əmindir ki, uşaqlıqdan adenoidlərin əməliyyatı otitin birdəfəlik yoxa çıxmasına səbəb olacaq.
Amma bu sübut olunmayıb. Ekssudativ otit olan uşaqlar 4 yaşa kimi adenoidləri əməliyyat olunmur.
Eləcə də infeksiyalar burundan qulaqlara keçə bilər.
Rinit və haymoritli olan xəstələrin ağır otitlə xəstəxanaya yerləşməsi faktları da az deyil.
Bakterial irinli otiti evdə müalicə etməyə çalışmayın, məhz bu halda qulaq pərdəsinin yırtılması və daxili kanallarla irinin beyinə keçməsinə gətirib çıxara bilər.
İrin içəridə qalıb bərkiyib tıxac əmələ gətirərsə, karlıq qaçılmazdır”.
Aygün