Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qulaq pərdəsinin yırtılması... - Riski, əlamətləri, müalicəsi

  • 2018.11.12 16:53
  • 92074 Baxış
Qulaq pərdəsinin yırtılması... -  Riski, əlamətləri, müalicəsi

Qulaq pərdəsi xarici qulağı orta qulaqdan ayıran nazik arakəsmədir. Onun əsas funksiyası xarici qulağın tutduğu səs dalğalarını orta qulağa ötürməkdir. Onun yırtılması və ya zədələnməsi eşitmə qabiliyyətinin müvəqqəti və ya daimi olaraq itirilməsinə, həmçinin də orta qulağa infeksiya keçməsinə səbəb ola bilər. Bu isə yaşam keyfiyyətinin azalmasına gətirib çıxarır.



Medicina.az xəbər verir ki, qulaq pərdəsi müxtəlif səbəblərdən yırtıla bilər. Bunlara aşağıdakı hallar aiddir: 



İnfeksion xəstəliklər nəticəsində qulaqdan irinli axıntının gəlməsi



Mütəmadi olaraq xarici təzyiqin qəfil aşağı düşməsi (aviouçuşlar və qulağa küt alətlə zərbə endirilən zaman)



Səs-küy travması 



Pərdənin mexaniki zədələnməsi (yad cisim düşdüksə və ya təmizləyən zaman)



Əlamətləri: 



Pərdənin yırtılması əksər vaxt güclü ağrı ilə müşayiət olunur. Ağrıya aşağıdakı digər əlamətləri də əlavə etmək olar: 



Qulaqda küy;



Eşitmənin zəifləməsi;



Əlavə səslərin eşidilməsi;



Qulaqdan qanlı və ya irinli axıntının gəlməsi 



Müalicəsi: 



Bəzi hallarda yırtılmış pərdə hər hansı bir müdaxilə olmadan öz-özünə bərpa olunur. Bu bədəndə olan istənilən yaranın öz-özündən sağalmasına bənzəyir.

 


Daha ağır kliniki hallarda operativ müalicə labüddür. Cərrahi müdaxilə ilə yalnız pərdənin öz-özünə bərpası mümkün olmadıqda həyata keçirilə bilər.

 

Əməliyyat ümumi narkoz və ya yerli keyitmə ilə həyata keçirilir. Mikroskopun köməyilə həyata keçirilən əməliyyatda özü sovrulan saplardan istifadə edilir. 



Əməliyyatdan sonra xəstəyə antibiotiklər təyin edilir və bir sıra qadağalar qoyulur: 



Qulağı zərbədən qorumaq lazımdır



Burunla intensiv nəfəsalma və orta qulağa təzyiq verən buna bənzər digər hərəkətlər etmək olmaz 



Qətiyyən qulağa su dolmasına imkan vermək olmaz. Buna görə də bir müddət üzgücülüklə məşğul olmaq məsləhət deyil 



Təyyarə ilə səyahətdən bir müddət fasilə verin



LOR orqanlarına hər hansı bir infeksiyanın düşməsinə imkan vermək olmaz