Dietoloq Şükrü Can Gülşen ürək üçün çox faydalı olan qulançarın osteoporozun da qarşısını almağa kömək etdiyini bildirib.
Medicina.az dietoloqun qulançarla bağlı açıqlamasını təqdim edir:
“Onun tarixi 15-17-ci əsrlərə aiddir və ilk dəfə dərman kimi istifadə edilib. 4 fərqli rəngə sahib olan qulançar yaşıl, bənövşəyi, çəhrayı və ağ rənglərdə ola bilər.
Qulançarın faydalarını belə sadalamaq olar:
- Antioksidantdır: bu səbəbdən immuniteti qoruyur və sərbəst radikalları azaldaraq xəstəliklərin qarşısını alır.
- Ürəyi dəstəkləyir: tərkibindəki antosiyaninlər adlanan piqmentlər qan təzyiqini aşağı salaraq ürək sağlamlığını dəstəkləyir. Ürəyi gücləndirir.
- Xərçəngə qarşı təsirlidir: tərkibində olan saponin adlı bəzi birləşmələr xərçəngin, xüsusən də kolon xərçənginin qarşısını almağa kömək edə bilər.
- Həzm sistemini qoruyur: qulançar tam lif mənbəyidir. Həzm sistemindəki orqanların ən çox sevdiyi qida lifdir. Lif həzm sistemi üzərində intensiv işləyir, onu gücləndirir və təmizləyir.
- Sidikqovucu təsir göstərə bilər: qulançar böyrəklərdə aktivliyi artırdığı üçün zərərli maddələri orqanizmdən atmağa kömək edir. Sidikqovucu təsir göstərir.
- Osteoporozun qarşısını almağa kömək edə bilər: Fosfor, dəmir, kalsium, minerallar və K vitamini kimi vitaminlərlə zəngindir. Bu maddələr sümük sağlamlığı üçün də vacibdir.
- Qulançar B1, B3, B6 vitaminləri kimi B kompleks vitaminləri ilə zəngindir: B vitaminlərinin hər biri bədən və sağlamlıq üçün fərqli funksiyalara malikdir. Bu vitaminlər sinir hüceyrələrini əhatə edərək sinir sisteminin işinə kömək edir ki, onlar düzgün fəaliyyət göstərə, qida enerjisini istifadə edə və digər vitaminləri qəbul edə bilsinlər. 1 kasa qaynadılmış qulançar orqanizmin gündəlik B vitamini ehtiyacının 66 faizini qarşılayır.
Bir kasa qulançarda cəmi 25 kalori var".
Aysel