Bu bitkiyə Azərbaycanın müxtəlif regionlarında rast gəlinir.
Qazax-Gəncə bölgəsində və Abşeronda xalq arasında Qulançar, Qarabağda, Naxçıvan MR-nın rayonlarında və ona yaxın digər regionlarda isə bu bitkini "Mərəçüyüd", "Mərəçöyüd", "Mərəvçə" və s. adlandırırlar.
Korotinoid yüksək bioloji fəallığa (A vitaminin aktivliyinə) malik maddədir. O, orqanizmdə gedən maddələr mübadiləsində mühüm rol oynayır. Karotinoidlər antimutagen, antikanserogen, antiradiant aktivliyinə malik olmaqla, müxtəlif mənşəli xərçəng xəstəliklərinin müalicəsində və profilaktikasında geniş tətbiq edilir. Bu bitkinin tərkibində bu maddə çoxdur.
Medicina.az sözügedən bitkidən dadlı şorba reseptini təqdim edir.
Tərkibi:
• 1 dəstə quşqonmaz
• 3 yemək qaşığı kərə yağı
• 1,5 yemək qaşığı un
• 5 stəkan ət suyu
• 1 stəkan süd
• 1/4 çay qaşığı qırmızı istiot
• 1/2 çay qaşığı nanə qurusu, qara istiot •
1 çay qaşığı duz
Qeyd: qulançar seçərkən kövrək, körpə,parlaq və yaş olmasına diqqət edin.
Hazırlanması:
Ət suyu və südü qovrulan un qarışığına soyuq olaraq əlavə edin. Düyün-düyün olmaması üçün yumurtaçırpanla yaxşıca qarışdırın. Süd əvəzinə 3 yemək qaşığı qaymaq də istifadə edə bilərsiniz.
Yaxşıca yuyulmuş quşqonmazın qabıqlarını incə soyun. Halqa formasında doğrayın. Kərə yağını qazanda əridin, doğradığınız qulançarları kərə yağında 3-4 dəqiqə qarışdırın. Daha sonra un da əlavə edib, rəngi dəyişənə kimi qovurun. Bu qarışığa süd və ət suyunu da əlavə edib qarışdırın. Qara və qırmızı istiot əlavə edib, vam xodda 15 dəqiqə bişməyə qoyun.
Ləziz təamı süfrənizə təqdim etməzdən əvvəl şorbanın üzərinə təzə kəklikotu və cəfəri əlavə edə bilərsiniz.