Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qulağını çöplə təmizlədi, kəlləsində absess yarandı – Unikal hadisə

  • 2019.03.14 19:24
  • 10910 Baxış
Qulağını çöplə təmizlədi, kəlləsində absess yarandı –  Unikal hadisə
Britaniya otolarinqoloqları tibbdə unikal olay barədə məlumat yayıblar. 

Belə ki, qulağa yad cisim salınma səbəbindən kəllədaxili abses yaranması ilə bağlı hadisə qeydə alınıb.


Medicina.az xəbər verir ki,   Koventri Universitetinin LOR həkimləri 31 yaşlı kişi pasiyent qulağını çöplə təmizlədikdə, pambıq hissə qulağının içində qalaraq, dərinə getmiş və irinləmişdir. Qulağından çirk axan kişi xəstəxanaya gəldikdə onda xarici nekrotik otit diaqnozu qoyulur.

 

Maraqlısı odur ki, ağrı və irindən başqa kişidə qıcolma tutmaları da olurdu. 3 il ərzində 2 dəfə otitdən müalicə alan və artıq sol qulağında eşitməsi zəifləyən kişidə komputer tomoqrafiyası vasitəsilə beyin qişasında iki subdural abses aşkar olunur. Həkimlər problemin qulaqdan qaynaqlandığından şübhələnərək sol qulağın kanalını ciddi müayinə ediblər və orda qulaq tükləri ilə örtülmüş, görünməz olmuş pambıq kütləsi aşkarlayıblar.  Məhz bu səbəbdən qulaqda iltihab, otit yaranmış, iltihab  kəlləyə kimi çataraq absesə səbəb olmuşdu. 

 

Həmin kütlə çıxarıldıqdan sonra xəstə 2 həftə xəstəxanada qalır və 2 ay antibiotik qəbul edir. Mülaicədən sonra abses, otit və eşitmə zəifliyi aradan qalxır.

Amerikalı larinqoloqlar da qulağa pambıqlı çöp salınaraq təmizlənməsinə qarşı çıxmışdılar. Həkimlər bildirir ki, bu çöplər qulağı təmizləmir, əksinə qulaq çirkini içəri, dərinə itələyərək, qulaq barabanı və pərdəsini zədələyir.

 


Qulağını çöplə təmizlədi, kəlləsində absess yarandı –  Unikal hadisə