Qocalıq yaddaşsızlığı, demensiyanın inkifına bir çox amillər təsir edir. Onu ilk başda təyin etmək çətindir.
Medicina.az xəbər verir ki, professor Anna Boqolepova demensiyanın qarşısını almaq metodlarından danışıb.
Bunun üçün orta yaşlardan başlayaraq, eşitmənin azalmasının qarşısını almaq, qulaqların qeydinə qalmaq lazımdır.
“50 yaşdan sonra məhz eşitmənin zəifləməsi hər 3 nəfərdən birində görülür. Bu da demensiya riskini 2 dəfə artırır.
Eləcə də yuxunun saatına diqqət yetirmək lazımdır. Gecə yuxusu 5 saatdan az olan insanların orqanizmində patoloji zelal çox yığılır.
Qanda şəkər, xolesterin də demensiya riskini 2-3 dəfə yüksəldir.
Yüksək təzyiq xəstələrinin 10%-də Alsgeymer inkişaf edir. 45 yaşdan sonra sistolik təzyiq 145-dən yuxarı olmamalıdır.
Amma ən vacibi eşitmədir. Əgər bir qulağınız az eşitməyə başladısa bu siqnaldır. Dərhal beyinin qeydinə qalın”.