Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Quduzluğa yoluxmuş xəstə xəstəxanada boğazını kəsib

  • 2025.03.19 21:09
  • 71 Baxış
Quduzluğa yoluxmuş xəstə xəstəxanada    boğazını kəsib

Ram Çander adlı kişi küçədə quduz itin hücumundan sonra xəstəxanaya yerləşdirilib.


“Medicina” xəbər verir ki, o, həkimə müraciət edəndə dördayaqlı yaramazdan quduzluq xəstəliyinə tutulduğunu biləndə dəhşətə gəlib.

Xəstəlik irəlilədikcə xəstədə quduzluğun son mərhələsinin xarakterik əlamətləri olan şiddətli aqressivlik və gözlənilməz davranışlar müşahidə olunmağa başladı. Təcrid zamanı o, pəncərəni sındırıb və şüşə qırıqları ilə boğazını kəsib.

Quduzluğun bədən mayeləri ilə yoluxma təhlükəsini bilən xəstəxana işçiləri dərhal müdaxilə etməkdən çəkinərək polisə xəbər veriblər.

Lakin polis gələnə qədər kişi çoxlu qan itirib və aldığı xəsarətlərdən dünyasını dəyişib.


Aygün Musayeva