Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qubada kovidli anadan doğulmuş körpə 1 aydır küvezdə idi

  • 2021.11.05 15:52
  • 1390 Baxış
Qubada kovidli anadan doğulmuş körpə  1 aydır küvezdə idi
Quba Regional Perinatal Mərkəzində senyabrın 28-də COVID-19-a yoluxmuş anadan doğulan körpə bir aya yaxın süni ventillasiya aparatına qoşulub.

Medicina.az xəbər verir ki, artıq tənəffüs dəstəyindən ayrılan körpə aktiv 70 ml əmir, rahat həzm edir, analizləri norma daxilindədir.

Bu yaxınlarda körpə evlərinə yola salınacaq.