Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qubada kişini ilan sancdı - VİDEO

  • 2017.06.07 13:51
  • 19267 Baxış
Qubada kişini ilan sancdı -  VİDEO
Quba sakini Samir Məmmədov ot yığarkən gürzə sancıb.


Hadisə rayonun Cimi kəndində baş verib.


43 yaşlı Samir Məmmədov şəxsi təsərrüfatından ot yığarkən, ilan onun sağ ayağının baldır nahiyəsindən sancıb.


Yaralı dərhal Şabran rayon mərkəzi xəstəxanasına yerləşdirilib. İlan zəhərinə qarşı zərdab vurulan Samir Məmmədov hazırda xəstəxananın reanimasiya şöbəsində müalicə alır. Şöbənin müdiri İmamqulu İbrahimov bildirir ki, yaralının vəziyyəti orta ağırdı. Ayağının ilan sancan nahiyəsində şiş və qaralma müşahidə olunsa da, həyatı üçün təhlükə yoxdu.


Samir Məmmədov onu sancan ilanı öldürdüyünü bildirib. Həmin vaxt ayağında üstü açıq yay ayaqqabısı olduğundan ilandan qoruna bilməyib. Bir gün əvvəl isə həmin ərazidə ilan, Samir Məmmədovun qoyunlarından birini öldürüb.

 

 

Bakutibb