Quba rayonunda qidadan zəhərlənmə faktı qeydə alınıb.
Məlumata görə, rayonun Dəlləkli kənd sakini olan 5 nəfər Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onlar 1952-ci il təvəllüdlü Zöhrə Hüseynova, 2008-ci il təvəllüdlü Bilal Ömərov, 2011-ci il təvəllüdlü Bayram Ömərov, 1987-ci il təvəllüdlü Mavigül Ömərova və 1988-ci il təvəllüdlü Rəsul Ömərovdur.
Xəstələrin vəziyyəti stabildir.