Qubada 19 yaşlı qadın üçəm dünyaya gətirdi

  • 2021.09.10 09:50
  • 1306 Baxış
Qubada 19 yaşlı qadın üçəm dünyaya gətirdi
Quba Regional Perinatal Mərkəzində üçəm doğulub.

Medicina.az Report-a istinadən xəbər verir ki, Şabran şəhər sakini 19 yaşlı Qızılgül Zabitlinin dünyaya gətirdiyi körpələrdən ikisi qız (2 və 2,2 kq), biri isə oğlan (1,4 kq) uşağıdır.


Həkimlər bildirib ki, hazırda uşaqlar sərbəst nəfəs alır, çəkiləri artır və laborator göstəriciləri yaxşılaşır: "Onların yaxın günlərdə evə buraxılması nəzərdə tutulub".