Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qripin ağırlaşdığını xəbər verən – 4 ölümcül simptom

  • 2023.12.26 16:02
  • 936 Baxış
Qripin ağırlaşdığını xəbər verən  – 4 ölümcül simptom

Qrip ağırlaşması koviddən də yüksəkdir. Qripə yoluxanların 12%-də ağırlaşma qeydə alınır.

“Medicina” xəbər verir ki, həkim, tibb elmləri namizədi Nataliya Loqaçeva qripdən qalma ağırlaşmalardan danışıb.


“İstənilən qrip virusu uşaq və böyüklər üçün ağırlaşmalar, hətta letal sonluqla nəticələnə bilər. ÜST məlumatına görə, hər il dünyada qripdən 600min insan ölür. Onlar sadəcə qrip olduqlarını düşünürdü.

Ağırlaşmaların 90%-i qrippoz pnevmoniyanın payına düşür, qrip çox güclü intoksikasiya verir.


Xəstələr huşun dumanlanması, donuqluq və ya əksinə, təşviş, hallüsinasiya, oyanıqlıq hiss edirlər.
Qripin ağır formasında infeksion-toksik şok ola bilər. Bu zaman təzyiq düşür, taxikardiya olur, bədənin temperaturu 34 dərəcədən aşağı enir, huş, zehin sönür.

Bəzi xəstələrdə, xüsusən uşaq və yaşlılarda beynin ödemi baş verir.

Qrip ürək-damar, sinir sistemini də sıradan çıxara bilər. Ona görə də qripdir, keçib gedər deyə gözləmək olmaz”.

Aygün Musayeva