Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qripə qarşı soğan müalicəsi - İbrahim Saraçoğludan

  • 2025.01.17 16:16
  • 508 Baxış
Qripə qarşı soğan müalicəsi -  İbrahim Saraçoğludan
Havaların qəfil dəyişməsi qrip və soyuqdəymə kimi yuxarı tənəffüs yollarının xəstəliklərinin yayılmasına səbəb olub.




Medicina.az xəbər verir ki, türkiyəli mütəxəssis İbrahim Saraçoğlu bədəni qripdən qorumaq və immunitet sistemini gücləndirmək istəyənlər üçün çox sadə və təsirli bir üsul, soğan müalicəsini təklif edib.

Soğanın güclü antibiotik xüsusiyyətləri ilə tanındığı və təbii immun dəstəkçisi olduğu bildirilir.

Bunu evdə asanlıqla hazırlaya bilərsiniz:

Orta ölçülü soğanın qabığını soyun.

Soğanı dörd bərabər hissəyə bölün.

1,5 stəkan suda təxminən 5 dəqiqə qaynadın.

Bu qarışığı 15 gün ərzində müntəzəm olaraq səhər və axşam içmək qripdən qorunmaq istəyənlər üçün tövsiyə edilir. Ancaq unutmaq olmaz ki, mədə xəstəlikləri (qastrit, xora kimi) olan insanlar bu müalicəni tətbiq etməzdən əvvəl həkimə müraciət etməlidirlər.

Saraçoğlu bu müalicəni mütəmadi olaraq tətbiq edənlərin qripə yoluxmayacağını və immun sistemlərinin güclənəcəyini bildirir.

Qripin simptomları və ehtiyat tədbirləri

Qrip birdən başlaya və bədənə ciddi təsir göstərə bilər. Qrip əlamətlərinə yüksək hərarət, baş ağrısı, əzələ və oynaq ağrıları, yorğunluq daxildir. Bundan əlavə, quru öskürək, boğaz ağrısı və ya burun axması, tıxanıqlığı da əsas şikayətlərdir.

Mütəxəssislər qrip əlamətləri görünəndə dincəlməyin, bol maye içməyin və lazım gəldikdə qızdırma salan dərmanlardan istifadə etməyin vacibliyini vurğulayırlar. Qrip mövsümündə immunitet sistemini gücləndirəcək qidalardan istifadə etmək, əl gigiyenasına diqqət yetirmək və sıx mühitlərdən uzaq olmaq da vacibdir.

Aygün Nəbiyeva
Medicina.az